"Barselona"nın hücumçuları Lionel Messi və Luis Suares zədələrini sağaldıb. Hər iki futbolçu La Liqanın qarşıdakı turunda "Valensiya" ilə oyuna hazırdır. Digər zədəli Usman Dembelenin isə sıraya qayıtması üçün daha bir həftə lazımdır.  Qeyd edək ki, Messi bu mövsüm heç bir oyun keçirməyib. Suares isə ilk turun "Atletik"lə görüşündə (0:1) zədələnmişdi.